Bir anlıq gözləri doldu...
Və səssizcə bütün dünya ilə vidalaşdı...
Uşaqlığı yadına düşdü —
utanmadan güldüyü anlar,
ən adi şeydən belə sevindiyi günlər,
kimisə sevəndə açıq-aşkar sevdiyini deməsi...
və nifrət edəndə belə gizlətməməsi...
Hər şey çox sadə idi o vaxtlar...
Elə bu anda ayağının altındakı stul sürüşdü.
Boğazına keçirdiyi ip dartıldı...
Nəfəs daraldıqca,
ayaqları boşluqda çırpındıqca,
bir vaxtlar rahat aldığı nəfəsin,
üzərinə möhkəm basdığı torpağın qədrini anlamağa başladı...
Gözləri qaralırdı...
Və o qaralığın içində —
ömrü boyu yaşadığı ən gözəl anlar bir-bir canlanırdı...
Elə bu an...
kiminsə yanında olduğunu hiss etdi.
Qara geyimli, eybəcər simalı bir varlıq...
Ömrü boyu belə birini görməmişdi.
O varlıq əlindəki ilə onun bədəninə toxundu —
və sanki canından can çəkirdi...
Ağrı ilə qarışıq bir qorxu...
“İlahi, bağışla... mən bunu istəmirdim...”
— deyə pıçıldadı...
Bu zaman qulağına tanış, amma qəribə şəkildə dərin gələn sözlər çatdı:
“Hər canlı ölümü dadacaq...”
Bu sözləri anlayırdı...
Artıq öldüyünü hiss edən gənc çarəsizcə qışqırdı:
— Geri dönmək istəyirəm...
Amma o varlıq yalnız bir şeyi təkrarlayırdı:
“Hər canlı ölümü dadacaq...”
Elə bu anda...
Bir səs yüksəldi...
Azan səsi...
Qəribə idi —
səs çox yaxından gəlirdi...
“Şəhadət verirəm ki, Allahdan başqa ilah yoxdur...”
Səs getdikcə aydınlaşırdı...
Qaranlıq çəkilməyə başladı...
Eybəcər simalar nurlanırdı...
Və yuxarıdan bir səs gəldi —
qəlbi titrədən, amma eyni zamanda sakitlik verən bir səs:
— “Onun Yer üzərindəki missiyası hələ bitməyib. Geri dönsün.”
Hər şey dəyişdi...
Az əvvəl qorxunc görünən varlıq
bir anda mələyə çevrildi...
Uzun qanadları, nur saçan siması...
Gözlərinə baxmaq belə mümkün deyildi...
Mələk gəncə yaxınlaşırdı...
Amma qəribə bir şey baş verirdi —
o yaxınlaşdıqca, gənc uzaqlaşırdı...
Gənc ona tərəf getmək istəyirdi...
ona toxunmaq...
onu qucaqlamaq...
Amma...
Artıq gec idi...
Gözlərini açdı.
O, öz evində idi.
Doğma çarpayısında...
Və azanın son kəlməsi səsləndi:
“La ilahə illəllah...”
Sübh azanı bitmişdi...
Deməli...
bütün bunlar yuxu idi...
Bunu anladığı anda bədəni titrəməyə başladı.
Amma bu qorxu deyildi artıq...
Bu — oyanış idi.
Sakitcə ayağa qalxdı...
Toz basmış rəfin ən aşağı siyirməsini açdı...
Və uzun zamandır toxunmadığı
namaz səccadəsini götürdü...
05/05/2026
Həyat pianoya bənzəyir. Qara düymələr kədəri, ağ düymələr isə xoşbəxtliyi təmsil edir. Amma melodiya yaratmaq
Həyat pianoya bənzəyir. Qara düymələr kədəri, ağ düymələr isə xoşbəxtliyi təmsil edir. Amma melodiya yaratmaq üçün hər ikisi lazımdır
© Birisi
... daha çox16/04/2026
Öz potensialını bilə-bilə hərəkətsiz qalmaq sadəcə bir zəiflik deyil — bu, insanın özünə, gələcəyinə və
Öz potensialını bilə-bilə hərəkətsiz qalmaq sadəcə bir zəiflik deyil — bu, insanın özünə, gələcəyinə və ona ümid bağlayanlara qarşı etdiyi səssiz bir xəyanətdir. Çünki insanın içində daşıdığı imkanlar yalnız düşünmək üçün deyil, həyata keçirmək üçündür. Əks halda, zaman keçdikcə bu istifadə olunmamış potensial peşmanlığa çevrilir və insanı içdən içə yeyir.
Həyatın ən sərt, amma ən ədalətli qanunlarından biri budur: nəticələr seçimlərin məhsuludur. Biz çox vaxt böyük qərarların həyatımızı dəyişdiyini düşünürük, amma əslində hər şey xırda seçimlərlə başlayır. Bu gün təxirə saldığın bir iş, atmadığın bir addım, vermədiyin bir qərar — sabah qarşılaşacağın reallığın gizli memarına çevrilir.
İnsan bəzən taleyi xarici amillərlə əlaqələndirməyə meylli olur: şərait, imkanlar, insanlar və s… Amma reallıq ondan ibarətdir ki, həyatın istiqamətini müəyyən edən əsas qüvvə insanın elə özüdür. Seçim etməmək belə bir seçimdir. Hərəkətsizlik də nəticə doğurur — sadəcə bu nəticə çox vaxt istədiyimiz kimi olmur.
Bu reallığı qəbul etmək isə həm çətin, həm də azadlıqvericidir. Çətindir, çünki artıq bəhanələrin arxasına sığınmaq mümkün olmur. Azadlıqvericidir, çünki insan anlayır ki, dəyişmək gücü də elə onun öz əlindədir. Məhz bu nöqtədən sonra həyat təsadüflərin deyil, şüurlu qərarların nəticəsinə çevrilir.
Əgər bu düşüncəni həyat fəlsəfəsinə çevirə bilsək, artıq gələcəklə bağlı böyük və iddialı planlar sadəcə xəyal olaraq qalmaz. Onlar konkret addımlara, sistemli hərəkətlərə və davamlı inkişaf prosesinə çevrilər.
Bu gün etdiyin ən kiçik düzgün seçim belə, sabahkı həyatının istiqamətini dəyişə bilər. Ona görə də sual sadədir: sən potensialını sadəcə bilənlərdən olacaqsan, yoxsa onu reallaşdıranlardan?
İstənilən halda seçim edirsən — ya şüurlu şəkildə, ya da fərqində olmadan.
... daha çox10/04/2026
Dəniz sahili sevdiyindən daima ona doğru can atırdı. Hər gün və hər an… Dəlicəsinə özünü
Dəniz sahili sevdiyindən daima ona doğru can atırdı. Hər gün və hər an… Dəlicəsinə özünü fəda edirdi. Amma sahilin zamanla eroziyaya uğrayacağını (dəyişdiyini) hardan biləydi…
© AS
... daha çox10/04/2026
Səbr - toxumun içindəki acı hissədir.
Səbr - toxumun içindəki acı hissədir.
... daha çox10/04/2026
Həyatının ən qaranlıq anında belə, parlamağı dayandırma..
Həyatının ən qaranlıq anında belə, parlamağı dayandırma..
... daha çox10/04/2026
Həyatın ulduzlarına çatmaq istəyirsənsə, içindəki gecəyə razı olmalısan…
Həyatın ulduzlarına çatmaq istəyirsənsə, içindəki gecəyə razı olmalısan…
... daha çox10/04/2026
Rəngi olmayan dənizə rəng verən səma idi, amma yazılan bütün gözəl sözlər dənizə idi…
Rəngi olmayan dənizə rəng verən səma idi, amma yazılan bütün gözəl sözlər dənizə idi…
... daha çox10/04/2026
Həyatımda baş verən hər şeyin məni məqsədimə doğru yönləndirdiyinə inanıram.
Həyatımda baş verən hər şeyin məni məqsədimə doğru yönləndirdiyinə inanıram.
... daha çox10/04/2026
Uğur hər gün müntəzəm olaraq yerinə yetirilən kiçik hərəkətlərdən təşkil olunur; zaman keçdikcə onlar toplanır
Uğur hər gün müntəzəm olaraq yerinə yetirilən kiçik hərəkətlərdən təşkil olunur; zaman keçdikcə onlar toplanır və insanın əvvəlcədən hesablaya biləcəyindən qat-qat böyük uğura səbəb olur.
... daha çox10/04/2026
Sizi sübh qaranlıqda oyadacaq məqsədləriniz olmalıdır. Manyak dərəcədə məqsədləriniz…
Sizi sübh qaranlıqda oyadacaq məqsədləriniz olmalıdır. Manyak dərəcədə məqsədləriniz…
... daha çox10/04/2026
Ən səssiz olanlar, zehinləri ən gurultulu olanlardır.Stephen Hawking
Ən səssiz olanlar, zehinləri ən gurultulu olanlardır.
... daha çoxStephen Hawking
09/04/2026
Hər şeyin vaxtı yaşadığın andır. Xoşbəxt olmağı təxirə salma. Çünki istədiyin zaman ölməyəcəksən.La Edri
Hər şeyin vaxtı yaşadığın andır. Xoşbəxt olmağı təxirə salma. Çünki istədiyin zaman ölməyəcəksən.
... daha çoxLa Edri
09/04/2026
Yaxşıya yozmaq yaxşı şeylər vəd edir. Yəni sən istədikdən sonra qarğa belə sənə uğur gətirər.
Yaxşıya yozmaq yaxşı şeylər vəd edir. Yəni sən istədikdən sonra qarğa belə sənə uğur gətirər.
... daha çox09/04/2026
Dəyişimin sirri keçmiş ilə savaşmaq deyil, bütün enerjini gələcəyi (yenini) inşa etməyə fokuslandırmaqdır.Sokrat
Dəyişimin sirri keçmiş ilə savaşmaq deyil, bütün enerjini gələcəyi (yenini) inşa etməyə fokuslandırmaqdır.
... daha çoxSokrat
09/04/2026
Kiçik şeylərlə xoşbəxt olmaq deyə bir şey yoxdur. Səni xoşbəxt edən hər şey böyükdür. Osho
Kiçik şeylərlə xoşbəxt olmaq deyə bir şey yoxdur. Səni xoşbəxt edən hər şey böyükdür.
Osho
... daha çox09/04/2026
Ümidsiz insanlar vardır. Ümidsiz hallar deyil...
Ümidsiz insanlar vardır. Ümidsiz hallar deyil...
... daha çox09/04/2026
Möhtəşəm bir şey baş verməmişdən əvvəl hər şey alt-üst olur.
Möhtəşəm bir şey baş verməmişdən əvvəl hər şey alt-üst olur.
... daha çox09/04/2026
Sənə tək tövsiyəm vardır: Başqalarının nə düşündüyü sənin gözünü qətiyyən qorxutmasın. Sadəcə sıradan insanlar təhlükədən
Sənə tək tövsiyəm vardır: Başqalarının nə düşündüyü sənin gözünü qətiyyən qorxutmasın. Sadəcə sıradan insanlar təhlükədən uzaqdır, dolayısı ilə risk al, xəyallarınla üzləş.
... daha çoxPaulo Koelyo
09/04/2026
Həyatın öz-özünə bir mənası yoxdur. Ona məna qatan özüməm.
Həyatın öz-özünə bir mənası yoxdur. Ona məna qatan özüməm.
... daha çox09/04/2026
Sonra ümid heç kimin eşitməyəcəyi tərzdə pıçıldadı: Hər şeyi yoluna qoyacağıq. Yol olmasa belə biz
Sonra ümid heç kimin eşitməyəcəyi tərzdə pıçıldadı: Hər şeyi yoluna qoyacağıq. Yol olmasa belə biz yaradacağıq…
... daha çox07/04/2026
Sana fırlattıkları her taşı sakla. inşa etmen gereken kaleler var.
Sana fırlattıkları her taşı sakla. inşa etmen gereken kaleler var.
... daha çox07/04/2026
Böyük şeylər, kiçik şeylərin bir araya gəlməsi ilə baş verir. Van Gogh
Böyük şeylər, kiçik şeylərin bir araya gəlməsi ilə baş verir.
... daha çoxVan Gogh
06/04/2026
Həyatı anlamağın ən gözəl yolu:Xoşbəxt olan biri həyatındakı hər şey problemsiz olduğu üçün xoşbəxt deyil.
Həyatı anlamağın ən gözəl yolu:
... daha çoxXoşbəxt olan biri həyatındakı hər şey problemsiz olduğu üçün xoşbəxt deyil. Xoşbəxt olmasına səbəbi həyatındakı problemlərə qarşı duruşunun güclü olmasıdır.
06/04/2026
Özünüzü uğurlu ya da uğursuz edəcək insan yalnız siz özünüzsünüz.
Özünüzü uğurlu ya da uğursuz edəcək insan yalnız siz özünüzsünüz.
... daha çox06/04/2026
Qalibləri mühakimə etmir, məğlubları təmizə çıxarmırlar.
Qalibləri mühakimə etmir, məğlubları təmizə çıxarmırlar.
... daha çox06/04/2026
Hər bir məğlubiyyətdə, potensial uğur toxumu yatır.
Hər bir məğlubiyyətdə, potensial uğur toxumu yatır.
... daha çox06/04/2026
Xarici aləmdəki bütün inkişafınız daxili aləminizdəki inkişafınızdan, mental təsəvvürünüzdən başlayır.
Xarici aləmdəki bütün inkişafınız daxili aləminizdəki inkişafınızdan, mental təsəvvürünüzdən başlayır.
... daha çox06/04/2026
Məğlubiyyətdən qorxanlar deyil, mübarizə aparanlar uğur qazanacaqlar. Josep Kopp
Məğlubiyyətdən qorxanlar deyil, mübarizə aparanlar uğur qazanacaqlar.
... daha çoxJosep Kopp
06/04/2026
Əgər tarlada “qanqal” əkmisinizsə, orada “buğda” çıxmağını gözləməyin.
Əgər tarlada “qanqal” əkmisinizsə, orada “buğda” çıxmağını gözləməyin.
... daha çox06/04/2026
Allah mənə bu qədər limon verib, onları niyə limonada çevirməyim?!
Allah mənə bu qədər limon verib, onları niyə limonada çevirməyim?!
... daha çox06/04/2026
Başqalarını məmnun etmək üçün yaşasan, səni özün xaric hər kəs sevər. Paulo Koelyo
Başqalarını məmnun etmək üçün yaşasan, səni özün xaric hər kəs sevər.
... daha çoxPaulo Koelyo
06/04/2026
Uğur onu fikirləşənin yanındadır, məğlubiyyət isə onu düşünəni izləyir. Napoleon Hill
Uğur onu fikirləşənin yanındadır, məğlubiyyət isə onu düşünəni izləyir.
... daha çoxNapoleon Hill
05/04/2026
Nə qədər uzağa getməyin mümkün olduğunu yalnız risk edib uzağa gedənlər bilir. T,S.Eliot
Nə qədər uzağa getməyin mümkün olduğunu yalnız risk edib uzağa gedənlər bilir.
... daha çoxT,S.Eliot
05/04/2026
Həyatınıza sizi yüksəldəcək adamlar daxil edin. Opra Vintri
Həyatınıza sizi yüksəldəcək adamlar daxil edin.
... daha çoxOpra Vintri
05/04/2026
Müdriklik nəyi görməzliyə vurmalı olduğunuzu bilməkdir. Uilyam Ceyms
Müdriklik nəyi görməzliyə vurmalı olduğunuzu bilməkdir. Uilyam Ceyms
... daha çox05/04/2026
Mən sizə uğurun formulunu verə bilmərəm. Amma sizə “hamını məmnun edin” deyərək, uğursuzluğun formulunu verə
Mən sizə uğurun formulunu verə bilmərəm. Amma sizə “hamını məmnun edin” deyərək, uğursuzluğun formulunu verə bilərəm.
... daha çoxHelbert Bayard Svop
05/04/2026
Məhsuldarlıq gecə-gündüz işləmək deyil… Məhsuldarlıq prioritetlər, planlaşdırma və səylə vaxta qənaət etməkdir. Marqarita Tartakovski
Məhsuldarlıq gecə-gündüz işləmək deyil… Məhsuldarlıq prioritetlər, planlaşdırma və səylə vaxta qənaət etməkdir.
... daha çoxMarqarita Tartakovski
05/04/2026
Heç kimə heç nəyi sübut etmək məcburiyyətində deyilik. Səssizcə hədəflərimizə doğru yaxınlaşmalıyıq.
Heç kimə heç nəyi sübut etmək məcburiyyətində deyilik. Səssizcə hədəflərimizə doğru yaxınlaşmalıyıq.
... daha çox05/04/2026
Həyat özünü tapmaqdan yox, özünü yaratmaqdan ibarətdir. Corc Bernard Şou
Həyat özünü tapmaqdan yox, özünü yaratmaqdan ibarətdir.
... daha çoxCorc Bernard Şou
05/04/2026
Tez-tez etdiyimiz şey nədirsə, biz ondan ibarətik. O halda mükəmməllik bir hərəkət deyil, bir vərdişdir.
Tez-tez etdiyimiz şey nədirsə, biz ondan ibarətik. O halda mükəmməllik bir hərəkət deyil, bir vərdişdir.
... daha çox05/04/2026
Zirvəyə çıxmaq istəyirsənsə, yerin dibində imiş kimi çalış.
Zirvəyə çıxmaq istəyirsənsə, yerin dibində imiş kimi çalış.
... daha çox05/04/2026
Unutma, uğursuz olduğunda deyil, əl çəkdiyin zaman məğlub olursan. Che Guevara
Unutma, uğursuz olduğunda deyil, əl çəkdiyin zaman məğlub olursan.
... daha çoxChe Guevara
05/04/2026
Həyatımın ilk mərhələlərində həyatımı dəyişəcək möcüzəni gözlədim. Sonra anladım ki, özüm həyatlar dəyişən möcüzəyəm.
Həyatımın ilk mərhələlərində həyatımı dəyişəcək möcüzəni gözlədim. Sonra anladım ki, özüm həyatlar dəyişən möcüzəyəm.
... daha çox05/04/2026
Ağıllı insanlar şansı özlərinin yaratdıqlarını bilirlər.
Ağıllı insanlar şansı özlərinin yaratdıqlarını bilirlər.
... daha çox05/04/2026
Niyə? deyil Necə? sualına özünə verdikdə “dəyişim” başladı deməkdir.
Niyə? deyil Necə? sualına özünə verdikdə “dəyişim” başladı deməkdir.
... daha çox05/04/2026
Qaranlıqdan uzaq durma, ona hökm etməyi öyrən
Qaranlıqdan uzaq durma, ona hökm etməyi öyrən
... daha çox05/04/2026
Şeytan keçmişə baxmağını istədikdə, gələcəkdə görməni istəmədiyi bir şey vardır.
Şeytan keçmişə baxmağını istədikdə, gələcəkdə görməni istəmədiyi bir şey vardır.
... daha çox05/04/2026
Möhtəşəm bir şey baş verməmişdən əvvəl hər şey alt-üst olur.
Möhtəşəm bir şey baş verməmişdən əvvəl hər şey alt-üst olur.
... daha çox05/04/2026
Əsl möcüzə buluddadır, amma hamı yağışa şeir yazır.
Əsl möcüzə buluddadır, amma hamı yağışa şeir yazır.
... daha çox05/04/2026
Güclü bir yaddaşın olması ağır bir cəzadır.
Güclü bir yaddaşın olması ağır bir cəzadır.
... daha çox05/04/2026
Uğur ömürdə bir dəfə həyata keçirilən nəhəng dəyişikliyin deyil, gündəlik vərdişlərin məhsuludur.Atomik VərdişlərJames Clear
Uğur ömürdə bir dəfə həyata keçirilən nəhəng dəyişikliyin deyil, gündəlik vərdişlərin məhsuludur.
... daha çoxAtomik Vərdişlər
James Clear
03/04/2026
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası - https://ryl.az/electronic-services/elektron-kitabxana
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası - https://ryl.az/electronic-services/elektron-kitabxana
... daha çox03/04/2026
“Həqiqət insanı xoşbəxt etmir — sadəcə onu oyadır.” © Giacomo Leopardi
“Həqiqət insanı xoşbəxt etmir — sadəcə onu oyadır.”
© Giacomo Leopardi
... daha çox02/04/2026
Başqalarının düşüncələrinə görə yaşayan biri heç vaxt öz həyatını yaşaya bilməz.
Başqalarının düşüncələrinə görə yaşayan biri heç vaxt öz həyatını yaşaya bilməz.
... daha çox31/03/2026
"Bir ulduz axdı deyə yas tutarmı göy üzü?!"
"Bir ulduz axdı deyə yas tutarmı göy üzü?!"
... daha çox31/03/2026
Ən saf sevgi, məqsədə olan ehtirasdır.
Ən saf sevgi, məqsədə olan ehtirasdır.
... daha çox31/03/2026
Mənzərəyə can atırsansa, yamacda yorulmağı gözə almalısan.
Mənzərəyə can atırsansa, yamacda yorulmağı gözə almalısan.
... daha çox31/03/2026
Önəmli olan harasa çatmaq deyil, yolda olmaqdır.
Önəmli olan harasa çatmaq deyil, yolda olmaqdır.
... daha çox31/03/2026
Düşünmək asandır, həyata keçirmək çətindir.Dünyada ən çətin şey isə düşünüləni həyata keçirməkdir.(İohann Volfqanq Göte)
Düşünmək asandır, həyata keçirmək çətindir.Dünyada ən çətin şey isə düşünüləni həyata keçirməkdir.
... daha çox(İohann Volfqanq Göte)
31/03/2026
Həyatımda baş verən hər şeyin məni məqsədimə doğru yönləndirdiyinə inanıram.
Həyatımda baş verən hər şeyin məni məqsədimə doğru yönləndirdiyinə inanıram.
... daha çox31/03/2026
Kim daha təmizdir?Üst-başı parlayanmı?Yalan danışmayıb ürəyi parlayanmı? Kim daha dostdur?Yara bandı yapışdıranmı?Yaralarını öyrənməyə çalışanmı? Hansı
Kim daha təmizdir?
Üst-başı parlayanmı?
Yalan danışmayıb ürəyi parlayanmı?
Kim daha dostdur?
Yara bandı yapışdıranmı?
Yaralarını öyrənməyə çalışanmı?
Hansı gerçəkdir?
Yaşammı?
Ölümmü?
Özdemir Asaf
... daha çox31/03/2026
Ən pis kitabın belə yaxşı səhifə vardır: Sonuncu səhifə!Bernard Şou
Ən pis kitabın belə yaxşı səhifə vardır: Sonuncu səhifə!
... daha çoxBernard Şou
31/03/2026
Defianda me dios de mi."Tanrı məni özümdən qorusun."
Defianda me dios de mi.
... daha çox"Tanrı məni özümdən qorusun."
30/03/2026
Öz üzərinizdə gili yoğurar kimi işləmək ən böyük və ən zövqlü həyati vəzifəniz olmalıdır. Bu,
Öz üzərinizdə gili yoğurar kimi işləmək ən böyük və ən zövqlü həyati vəzifəniz olmalıdır. Bu, sizi mahiyyətcə sənətkar edər — özünü yaradan bir sənətkar.
... daha çox30/03/2026
Öz seçdiyin yolun arxasınca gedərkən yorulmaq nə böyük nemətdir.
Öz seçdiyin yolun arxasınca gedərkən yorulmaq nə böyük nemətdir.
... daha çox30/03/2026
Dünyadakı heç bir şey sənə aid deyilkən, nəyi itirməkdən qorxursan?
Dünyadakı heç bir şey sənə aid deyilkən, nəyi itirməkdən qorxursan?
... daha çox30/03/2026
Dünya çox qəribə bir yerdir, qaçdığın şeyin yanından keçməyi öyrədər insana...
Dünya çox qəribə bir yerdir, qaçdığın şeyin yanından keçməyi öyrədər insana...
... daha çox30/03/2026
Azadlıq yoldan çıxmaq deyil, istədiyin yolla getməkdir.
Azadlıq yoldan çıxmaq deyil, istədiyin yolla getməkdir.
... daha çox30/03/2026
Bu həyatda irəliləmək istəyirsənsə, bəzi şeylərə göz yummalısan, ancaq belə yol gedə bilərsən. Small Things
Bu həyatda irəliləmək istəyirsənsə, bəzi şeylərə göz yummalısan, ancaq belə yol gedə bilərsən.
Small Things Like These filmi
... daha çox30/03/2026
Bəlkə də yolun daha çətindir, çünki daha böyük bir şey üçün yaradılmısan.
Bəlkə də yolun daha çətindir, çünki daha böyük bir şey üçün yaradılmısan.
... daha çox30/03/2026
Öz uydurduğum bir yalanı demək, başqasından eşidilib təkrarlanan bir həqiqəti deməkdən demək olar ki, daha
Öz uydurduğum bir yalanı demək, başqasından eşidilib təkrarlanan bir həqiqəti deməkdən demək olar ki, daha yaxşıdır.
... daha çox30/03/2026
Sən kimsən? Özündən soruş… Başqasını xoşbəxt edəndəmi xoşbəxt olursan, yoxsa özün xoşbəxt olanda mı? Özünü
Sən kimsən? Özündən soruş… Başqasını xoşbəxt edəndəmi xoşbəxt olursan, yoxsa özün xoşbəxt olanda mı? Özünü xoşbəxt etməyi bacarsan, sadəcə bir papağansan; həyatına daxil etdiyini xoşbəxt etdikdə isə bir mələksən. Fərqində olmadan…
... daha çox30/03/2026
Müəyyən müddətdən sonra insan mübarizə apardığı şeyə çevrilməyə başlayır. Ona görə ehtiyatlı ol. Qalib gəldiyin
Müəyyən müddətdən sonra insan mübarizə apardığı şeyə çevrilməyə başlayır. Ona görə ehtiyatlı ol. Qalib gəldiyin mübarizədə ən böyük məğlub sən ola bilərsən.
... daha çox30/03/2026
Həyatın ən böyük məqsədi, ondan daha uzun müddət qalacaq bir şey üçün onu yaşamaqdır. Uilyam
Həyatın ən böyük məqsədi, ondan daha uzun müddət qalacaq bir şey üçün onu yaşamaqdır.
Uilyam Ceyms
... daha çox30/03/2026
Defianda me Dios de mi. "Tanrı məni özümdən qorusun
Defianda me Dios de mi.
... daha çox"Tanrı məni özümdən qorusun
30/03/2026
Təslim olma(lısan), istədiyini (heç vaxt)əldə edə(bilməyə)cəksən!Həyatda da cümlədəki kimi - əsas olan hissələri seç, fokuslan
Təslim olma(lısan), istədiyini (heç vaxt)əldə edə(bilməyə)cəksən!
... daha çoxHəyatda da cümlədəki kimi - əsas olan hissələri seç, fokuslan və qalan səs-küyü görməzdən gəl.
30/03/2026
“Bir işi bilən edər, az bilən ağıl verər. bilməyən tənqid edər, bacarmayan isə ləkələyər.” —
“Bir işi bilən edər, az bilən ağıl verər. bilməyən tənqid edər, bacarmayan isə ləkələyər.” — Konfutsi
... daha çox29/03/2026
Əgər qərar verə bilmirsənsə, püşk at. Nəticə xoşuna gəlməsə deməli qərarı çoxdan vermisən.
Əgər qərar verə bilmirsənsə, püşk at. Nəticə xoşuna gəlməsə deməli qərarı çoxdan vermisən.
... daha çox28/03/2026
Bir anlıq gözləri doldu...Və səssizcə bütün dünya ilə vidalaşdı... Uşaqlığı yadına düşdü —utanmadan güldüyü anlar,ən
Bir anlıq gözləri doldu...
Və səssizcə bütün dünya ilə vidalaşdı...
Uşaqlığı yadına düşdü —
utanmadan güldüyü anlar,
ən adi şeydən belə sevindiyi günlər,
kimisə sevəndə açıq-aşkar sevdiyini deməsi...
və nifrət edəndə belə gizlətməməsi...
Hər şey çox sadə idi o vaxtlar...
Elə bu anda ayağının altındakı stul sürüşdü.
Boğazına keçirdiyi ip dartıldı...
Nəfəs daraldıqca,
ayaqları boşluqda çırpındıqca,
bir vaxtlar rahat aldığı nəfəsin,
üzərinə möhkəm basdığı torpağın qədrini anlamağa başladı...
Gözləri qaralırdı...
Və o qaralığın içində —
ömrü boyu yaşadığı ən gözəl anlar bir-bir canlanırdı...
Elə bu an...
kiminsə yanında olduğunu hiss etdi.
Qara geyimli, eybəcər simalı bir varlıq...
Ömrü boyu belə birini görməmişdi.
O varlıq əlindəki ilə onun bədəninə toxundu —
və sanki canından can çəkirdi...
Ağrı ilə qarışıq bir qorxu...
“İlahi, bağışla... mən bunu istəmirdim...”
— deyə pıçıldadı...
Bu zaman qulağına tanış, amma qəribə şəkildə dərin gələn sözlər çatdı:
“Hər canlı ölümü dadacaq...”
Bu sözləri anlayırdı...
Artıq öldüyünü hiss edən gənc çarəsizcə qışqırdı:
— Geri dönmək istəyirəm...
Amma o varlıq yalnız bir şeyi təkrarlayırdı:
“Hər canlı ölümü dadacaq...”
Elə bu anda...
Bir səs yüksəldi...
Azan səsi...
Qəribə idi —
səs çox yaxından gəlirdi...
“Şəhadət verirəm ki, Allahdan başqa ilah yoxdur...”
Səs getdikcə aydınlaşırdı...
Qaranlıq çəkilməyə başladı...
Eybəcər simalar nurlanırdı...
Və yuxarıdan bir səs gəldi —
qəlbi titrədən, amma eyni zamanda sakitlik verən bir səs:
— “Onun Yer üzərindəki missiyası hələ bitməyib. Geri dönsün.”
Hər şey dəyişdi...
Az əvvəl qorxunc görünən varlıq
bir anda mələyə çevrildi...
Uzun qanadları, nur saçan siması...
Gözlərinə baxmaq belə mümkün deyildi...
Mələk gəncə yaxınlaşırdı...
Amma qəribə bir şey baş verirdi —
o yaxınlaşdıqca, gənc uzaqlaşırdı...
Gənc ona tərəf getmək istəyirdi...
ona toxunmaq...
onu qucaqlamaq...
Amma...
Artıq gec idi...
Gözlərini açdı.
O, öz evində idi.
Doğma çarpayısında...
Və azanın son kəlməsi səsləndi:
“La ilahə illəllah...”
Sübh azanı bitmişdi...
Deməli...
bütün bunlar yuxu idi...
Bunu anladığı anda bədəni titrəməyə başladı.
Amma bu qorxu deyildi artıq...
Bu — oyanış idi.
Sakitcə ayağa qalxdı...
Toz basmış rəfin ən aşağı siyirməsini açdı...
Və uzun zamandır toxunmadığı
... daha çoxnamaz səccadəsini götürdü...
28/03/2026
Ümid yaxşı şeydir. Bəlkə də ən yaxşı şeydir. Yaxşı şeylər isə heç vaxt ölmür. Şauşenkdən
Ümid yaxşı şeydir. Bəlkə də ən yaxşı şeydir. Yaxşı şeylər isə heç vaxt ölmür.
... daha çoxŞauşenkdən qaçış (1994)
27/03/2026
Köhnə yollar yeni qapılar açmaz...
Köhnə yollar yeni qapılar açmaz...
... daha çox27/03/2026
Gənc oğlan başını aşağı salıb, sakit şəkildə uzun bir yola çıxmışdı.Başına gələcəklərdən, nələrin olacağından, kimlərlə
Gənc oğlan başını aşağı salıb, sakit şəkildə uzun bir yola çıxmışdı.
Başına gələcəklərdən, nələrin olacağından, kimlərlə qarşılaşacağından, hara gedəcəyindən xəbərsiz idi...
Onu bu yola vadar edən səbəblər var idi.
Dilə gəlməyən, düşünülməsi belə ağır olan səbəblər...
O, hər şeyə — keçmiş həyatına, vərdişlərinə, bu günə qədər qazandıqlarına, öyrəndiklərinə — ümumiyyətlə, əvvəl nəyi var idisə hamısına “əlvida” deyib yeni bir başlanğıc etmişdi.
Heç kimin onu başa düşməyəcəyini bilə-bilə çıxmışdı bu yola...
Hazırlıqsız... Çətinliklə...
Amma qəlbində alov kimi yanan böyük bir ümidlə...
Bu ümid özünə deyildi.
Əgər özünə ümid etsəydi, indiyə qədər qazandıqlarını səfərbər edib istədiyinə çata bilərdi.
Xeyr...
Onun ümidi daha böyük bir Qüvvəyə idi.
O Qüvvə ki, o hələ dünyaya göz açmamışdan əvvəl — ana bətnindəykən — onu seçmişdi.
Həyat üçün... Yaşamaq üçün... Mübarizə üçün...
O Qüvvə ki, hər gün anasının qanından ona da bir “pay” ayırırdı ki, böyüsün, inkişaf etsin...
O Qüvvə ki, onu bu dünyaya bəxtəvər gətirmişdi.
Valideynləri onu sevirdi.
O, uşaq evlərinə qoyulan minlərlə sahibsiz uşaqdan biri deyildi...
O Qüvvə ki, onu bərəkətli torpağın azad vətəndaşı etmişdi.
Müharibə, sürgün, aclıq və səfalət içində yaşayan milyonlardan biri deyildi...
O Qüvvə ki, onu gözəl bir dövrdə dünyaya gətirmişdi.
Dünyanın hər gün inkişaf etdiyi, imkanların artdığı bir zamanda...
O Qüvvə ki, ona:
— yaşamaq üçün bir ev,
— geyinmək üçün isti paltar,
— qidalanmaq üçün ərzaq,
— içmək üçün təmiz su,
— sevmək və sevilmək üçün ailə,
— yerimək üçün ayaqlar,
— görmək üçün büllur kimi gözlər,
— eşitmək üçün qulaqlar,
— düşünmək üçün ağıl,
— sevmək üçün ürək bəxş etmişdi...
O Qüvvə ki, ona:
— öyrənmək üçün müəllim,
— anlamaq üçün çətinlik,
— məsuliyyət üçün qaydalar,
— özəl olduğunu hiss etmək üçün sevdiyi insan,
— dəyərini bilmək üçün dostlar,
və nəhayət...
hər şeyə “əlvida” deyib yeni bir yola çıxmaq üçün cəsarət vermişdi.
İndi...
O’ndan başqa kimə ümid edə bilərdi?..
Gənc bunları düşündükcə, ilk addımını atdığı yolun üzərində milyonlarla insanın ayaq izlərinin olduğunu gördü...
Və anladı —
... daha çoxbu yol tək onun yolu deyildi...
27/03/2026
Mənzərəyə can atırsansa, yamacda yorulmağı gözə almalısan.
Mənzərəyə can atırsansa, yamacda yorulmağı gözə almalısan.
... daha çox24/03/2026
Öz gözünlə görə bildiyin qədər gör, amma həqiqəti tam görmək istəyirsənsə, başqalarının gözlərindən də baxmağı
Öz gözünlə görə bildiyin qədər gör, amma həqiqəti tam görmək istəyirsənsə, başqalarının gözlərindən də baxmağı öyrən.
... daha çox24/03/2026
İnsan haqqında çox maraqlı bir həqiqət var. Hamı həyatını dəyişmək istəyirmiş kimi görünür. Amma əslində
İnsan haqqında çox maraqlı bir həqiqət var.
Hamı həyatını dəyişmək istəyirmiş kimi görünür. Amma əslində insanların çoxu həyatını dəyişmək istəmir. Onlar sadəcə həyatlarının mənasını anlamaq istəyirlər.
Bəzən insanın içində qəribə bir narahatlıq yaranır. Sanki hər şey normaldır, amma nəsə çatmır. Həyat davam edir, günlər keçir, planlar qurulur, amma insan öz içində tam olaraq harada dayandığını anlaya bilmir.
Bu vəziyyətdə çox insan dərhal bir nəticəyə gəlir: “Həyatımı dəyişməliyəm.”
Amma bəzən problem dəyişiklik ehtiyacı deyil. Problem aydınlıq çatışmazlığıdır.
İnsan nə istədiyini bilməyəndə, etdiyi hər şey mənasız görünə bilər. Halbuki bəzən həyatın istiqamətini dəyişmək yox, sadəcə bir addım geri çəkilib baxmaq kifayətdir.
Sual vermək.
Mən nə edirəm?
Niyə edirəm?
Həqiqətən bunu istəyirəmmi?
Bu suallar sadə görünür. Amma insan çox vaxt bu suallardan qaçır. Çünki cavablar həmişə rahat olmur.
Bəzən cavab odur ki, insan başqalarının gözləntiləri ilə yaşayır. Bəzən isə sadəcə vərdişlərin içində ilişib qalır.
Amma maraqlıdır ki, insan öz həyatını anlamağa başladıqca hər şey yavaş-yavaş dəyişir. Böyük qərarlar vermədən belə dəyişir.
Çünki aydınlıq insanın içində sakit bir istiqamət yaradır.
Və o zaman həyat birdən-birə dəyişmir.
Sadəcə daha mənalı görünməyə başlayır.
... daha çox24/03/2026
Həyat bir şeylər edənləri mükafatlandırır, boş oturanları deyil.
Həyat bir şeylər edənləri mükafatlandırır, boş oturanları deyil.
... daha çox22/03/2026
İnsanın ən böyük uğuru - başqasına bənzəməmək, özün kimi yaşamaq və öz yolunda getməkdir.
İnsanın ən böyük uğuru - başqasına bənzəməmək, özün kimi yaşamaq və öz yolunda getməkdir.
... daha çox20/01/2026
Bəzən insan elə bir nöqtəyə çatır ki, içindəki bir şeyin ölümünü hiss edir. Bu, adi
Bəzən insan elə bir nöqtəyə çatır ki, içindəki bir şeyin ölümünü hiss edir. Bu, adi bir məyusluq deyil, keçici kədər də yox. Bu, insanı insan edən, onu bu həyata bağlayan, səhərlər yuxudan qalxmağa səbəb olan bir xüsusiyyətin, bir inamın, bir mənanın səssizcə sönməsidir. Elə anlar olur ki, insan bu itkinin ağırlığını daşımaqdansa, hər şeyin birdəfəlik bitdiyi bir sakitliyi arzulayır. Amma əslində bu arzu həyatın özünə deyil, içində qalan boşluğa yönəlir.
Bu vəziyyətə düşən insan seçim qarşısında qalır. Bir tərəfdə içində ölən şeyi qəbul edib, onun yasını tutmaq və yoluna davam etmək var. Digər tərəfdə isə həmin boşluğun səni yavaş-yavaş udmasına icazə vermək. Bu seçim asan deyil, çünki burada nə doğru, nə də yanlış aydın görünür. Dərin düşünən insanlar bu mərhələyə daha tez gəlir. Onlar həyatın səthində axıb getmir, sualların dibinə enirlər. Və suallar dərinləşdikcə cavablar azalır.
İnsan çox vaxt özünü zəif hesab edir. Halbuki bu nöqtəyə çatmaq zəiflik yox, həssaslıqdır. Hər kəs itirir, amma hər kəs itirdiyini hiss etmir. Hiss edənlər üçün isə həyat bir az daha ağır, bir az daha səssiz olur. Çünki insan başa düşür ki, artıq əvvəlki insan deyil. Gülüş eyni gülüş deyil, ümid eyni ümid deyil, arzular da əvvəlki qədər saf deyil. Bu fərq insanı qorxudur. Çünki dəyişmək, əslində, kiçik bir itki ilə baş verir.
Amma çox vaxt unudulan bir həqiqət var: içində nəsə öləndə, bu sənin də bitdiyin anlamına gəlmir. Bəzən həyat insanı qıraraq formalaşdırır. Bu romantik səslənmir, amma gerçəkdir. Hər sarsıntı insanın bir tərəfini aparır, amma eyni zamanda başqa bir tərəfini yaradır. Bu proses səs-küylü olmur. Nə alqış var, nə də dərhal görünən bir nəticə. Sadəcə bir gün insan geriyə baxanda anlayır ki, o boşluq ya onu məhv edib, ya da onu daha dərin bir insana çevirib.
Yaşamaq bəzən güclü olmaq demək deyil. Bəzən yaşamaq sadəcə qalmaqdır. Bir gün də qalmaq, bir səhər də oyanmaq, bir nəfəs də almaq. İnsan hər dəfə içində ölən şeyin yerinə yeni bir məna qoymaq məcburiyyətində deyil. Bəzən sadəcə o boşluqla yaşamağı öyrənmək kifayətdir. Çünki hər boşluq doldurulmaq üçün yaranmır; bəziləri insanı sakitləşdirir, yavaşladır və düşünməyə məcbur edir.
Bəlkə də həyatın ən ağır, amma ən real dərsi budur: insan dəfələrlə dağılır, amma hər dəfə tamamilə yox olmur. Və bəzən insanın ən böyük cəsarəti, hər şey mənasız göründüyü halda belə, bir seçim edir — qalmaq seçimi. Bu seçim yüksək səslə verilmir, heç kimə sübut edilmir. Sadəcə içində edilir. Və çox vaxt ən dərin dəyişikliklər də məhz orada başlayır.
... daha çox12/05/2025
Susursan, Yenədə və hər zaman etdiyin kimi... Çünki, bəzən susmağın qəlb qırıcı danışıqlardan daha yaxşı Susursan,
Pul səni xoşbəxt edə bilərmi? Yeni telefon, yeni avtomobil, bahalı geyimlər, lüks həyat... bunların heç biri sənin daxili boşluğunu doldura bilmirsə, sən əslində nəyin sahibisən? Əgər bahalı əşyaların içində özünü ucuz hiss edirsənsə, bu əşyaların sənə nə faydası var?
İnsanın həqiqi dəyəri onun geyimində, sürdüyü maşında, ya da telefonunun modelində deyil. Bu dəyər onun düşüncəsində, davranışında, vicdanında və başqalarına necə təsir etdiyində gizlidir. Səni yaddaqalan edən bir status paylaşımın, ya da bahalı restoranlarda çəkilmiş fotoların deyil — bir insanın qəlbində buraxdığın izdir.
İnsanlar unudurlar ki, dəyərli olmaq üçün ilk növbədə dəyər verməyi bacarmaq lazımdır. Bir insana xoş söz demək, yanında olmaq, dürüst olmaq — bunlar sənə heç bir maddi ziyan vurmaz, amma qarşı tərəfə bəlkə də unuda bilməyəcəyi qədər böyük mənəvi dəstək verər.
Bu dünyada hər kəs öz həyatını bir cür yaşayır. Amma çox az insan öz həyatını “həqiqətən yaşadığını” hiss edir. Çünki əksəriyyət başqalarının nə düşündüyü ilə maraqlanır, öz daxili dünyasına deyil, sosial mediada aldığı “like” sayına dəyər verir. Halbuki insanın həqiqi dəyəri heç vaxt rəqəmlərlə ölçülə bilməz.
Özün olmaq – bu, sənə verilmiş ən böyük sərvətdir. Təmiz qəlbli olmaq, içində kin və nifrət daşımamaq, bağışlamağı bacarmaq, həqiqəti deməkdən qorxmamaq... Bunlardır səni sən edən əsas xüsusiyyətlər.
Və bəlkə də sən indi özünü dəyərsiz hiss edirsən. Amma unutma, bu hiss ətrafının, cəmiyyətin, bəzən isə ailənin və sosial medianın sənə yüklədiyi süni “standartların” nəticəsidir. Sən onları bir kənara qoyduqda, içindəki həqiqi səni görə biləcəksən.
Həyat bəzən susmaqdır. Bəzən yolunu dəyişməkdir. Bəzən isə olduğu kimi qalmaq və dəyişməməyi seçməkdir. Həyatın mənası hamı üçün eyni deyil. Amma bir həqiqət var:
İnsanın həqiqi dəyəri — onun insanlığıdır.
İnsan ol. Sadəcə bu. Qalan hər şey zamanla öz yerini tapacaq.
29/04/2025
Bəzən həyat sanki eyni yerdə dövr edir. Hər gün bir-birini təkrar edir, eyni yollar, eyni
Bəzən həyat sanki eyni yerdə dövr edir. Hər gün bir-birini təkrar edir, eyni yollar, eyni insanlar, eyni duyğular. Sən də deyə bilərsən: “Heç nə dəyişmir, irəliləmirəm, həyatım getmir.”
Amma bir az dayan. Fikirləş: Bəlkə də həyatın spiral kimidir?
Quşgözü ilə – yuxarıdan baxanda – spiral yalnız eyni dövrələri göstərir. Eynilik, təkrarlanan hərəkət. Amma spiralın kənarından, yəni fərqli bucaqdan baxsan, görərsən ki, o dövrələr əslində yuxarıya doğru qalxır. Yəni sən hər dəfə eyni şeyi yaşadığını düşünsən də, əslində bir addım daha yüksəlmisən. Sadəcə bu irəliləyiş gözlə deyil, zamanla görünür.
Bu gün etdiyin kiçik seçimlər — bir kitab oxumağın, yeni bir şey öyrənməyin, bir addım geri çəkilib düşünməyin — sabah səni fərqli bir yerə aparacaq. Amma həmin dəyişikliklər içində olduğun zaman baş vermir. Onlar yığılır, formalaşır və bir gün qəfil özünü göstərir.
Bəlkə də sən “getmir” sandığın həyatla, əslində sakit və səssiz bir inkişafdasan. Və bu inkişaf, sən fərqinə varmadan səni olduğun yerdən çox uzaqlara aparacaq.
... daha çox07/02/2025
Qeyd: İçimdən gəldiyi kimi yazıram, ümidvaramki, kiçik qrammatik xətaları və cümlə tərtibatının nisbətən uyğunsuz olmasını
01/01/2025
Sevgi, insanın ən mürəkkəb və dərin hisslərindən biridir. Bu sualın cavabı isə sevgiyə necə yanaşdığımıza,
Sevgi, insanın ən mürəkkəb və dərin hisslərindən biridir. Bu sualın cavabı isə sevgiyə necə yanaşdığımıza, onu necə anladığımıza və həyatımızda necə yaşadığımıza bağlıdır. Gəlin, bu mövzuya fərqli baxış bucaqlarından nəzər salaq:
Sevgi - İllüziyadırmı? Bəzi insanlar sevgini "illüziya" adlandırır, çünki:Hormonların təsiri: Sevginin başlanğıc mərhələsi çox vaxt biokimyəvi bir proseslə əlaqələndirilir. Beyində serotonin, oksitosin və dopamin kimi maddələr insana euforiya hissi verir. Bu, sevginin sanki müvəqqəti bir sehr kimi görünməsinə səbəb olur.
Romantik ideyalar: Cəmiyyətdə sevgi çox vaxt filmlərdə, kitablarda və mahnılarda idealizə edilir. Bu ideal obraz, real həyatda insanlara uyğun gəlməyə bilər. Bəzən bu uyğunsuzluq sevgini "illüziya" kimi dərk etməyə gətirib çıxarır.
Keçicilik hissi: İnsanlar arasında münasibətlər dəyişə bilər. Əvvəllər güclü hiss edilən sevgi zamanla sönə bilər. Bu dəyişiklik sevginin illüziya olduğunu düşündürə bilər.
Sevgi - Həqiqətdirmi?Digər bir tərəfdən sevgi, insan həyatında dərin və həqiqi bir dəyər kimi də görünür:
Bağlılıq və empatiya: Sevgi yalnız hormonlardan ibarət deyil. İnsanlar bir-birlərinə bağlanır, empatiya qurur və qarşılıqlı dəstək göstərir. Bu bağlar illüziya deyil, həyatı daha mənalı edir.
Fədakarlıq: Sevgi çox vaxt özündən keçməyi, başqasının rifahını öz maraqlarından üstün tutmağı öyrədir. Bu cür fədakarlıq illüziya deyil, əsl güc və həqiqətdir.
Zamanla dərinləşmə: Əgər sevgi sadəcə hormonların oyunu olsaydı, uzun illər davam edən münasibətlərdə sevginin möhkəmlənməsi izah edilə bilməzdi.
Sevginin mahiyyəti nədir?Sevgi nə tam illüziyadır, nə də yalnız bioloji və ya romantik bir anlayışdır. Onun mahiyyəti, insanların onu necə yaşamasından asılıdır:
Sevgi özünü kəşf etməkdir: Sevdikdə, yalnız başqasını deyil, həm də özünü tanıyırsan. Öz zəifliklərini, güclü yanlarını və həqiqi arzularını görürsən.
Sevgi həyatın bir güzgüsüdür: İnsan sevərkən həyatın gözəlliyini, ağrısını və mənasını daha dərindən dərk edir.
Sevgi əlaqədir: Sevgi yalnız romantik münasibətlərdə deyil, dostluqda, ailədə və hətta təbiətə qarşı hisslərdə də mövcuddur. Bu, insanların bir-birinə bağlanması və bir bütövün hissəsi olmaq ehtiyacından doğur.
Bəs necə yanaşmalı?Sevgi illüziya kimi hiss oluna bilər, əgər yalnız mükəmməl və ideal bir təcrübə gözləyirsinizsə. Lakin sevgi, hər şeyin öz təbii axarında olduğunu qəbul etdikdə, insana ən dərin və həqiqi mənanı verə bilər. Onun içindəki ağrı, sevinc, fədakarlıq və hətta xəyal qırıqlıqları həyatın gerçəkliyini öyrədir.
Nəticədə, sevgi hər kəs üçün fərqlidir. Bəlkə də illüziya deyil, sevgiyə baxışımızın özü illüziya ola bilər. Sevgi özlüyündə bir vəziyyətdir – onu necə yaşadığımız isə bizim seçimimizdir.
... daha çox11/12/2024
Hər birimizin həyatında yazılmamış bir hekayə var. Bəzən bu hekayənin necə başlayacağını bilmirik, bəzən isə
Hər birimizin həyatında yazılmamış bir hekayə var. Bəzən bu hekayənin necə başlayacağını bilmirik, bəzən isə onu yazmağa cəsarətimiz çatmır. Amma unutmamalıyıq ki, qələm bizim əlimizdədir. Həyatın ağ səhifələrinə nə yazacağımızı yalnız biz seçirik.
Çox vaxt kənardan başqalarının uğurlarını görüb düşünürük ki, onlar çox fərqli insanlardır. Amma həqiqət budur: hər böyük hekayə bir başlanğıcla başlayır. Kiçik, təvazökar, bəzən qüsurlu görünən bir başlanğıc… Amma əsas olan başlamaq və davam etməkdir.
Niyə Gözləyirsən?Səhifələr boş qaldıqca, sənin hekayən də yazılmamış qalacaq. Hər şey üçün uyğun zaman gözləmə, çünki mükəmməl an heç vaxt gəlməyəcək. Mükəmməlliyi axtarmaq əvəzinə, hərəkət etməyə başla.
-Öz layihəni başlatmaq istəyirsənsə, ilk planı yaz. -Yeni bacarıqlar qazanmaq istəyirsənsə, ilk dərsə başla. -Sənin üçün vacib olan insanlara sevgini göstərmək istəyirsənsə, ilk sözü de.Hər addım, hər cümlə, hər səhifə sənin seçiminlə yazılır. Nə qədər gecikdirsən, o qədər çox şeydən məhrum olacaqsan. İndi başla!
Hekayəni Necə Yaza Bilərsən?1. Kiçik başlanğıclardan qorxma. Uğur kiçik addımların toplusudur.
2. Səhvləri qəbul et. Hər səhv bir dərsdir. Hekayənin maraqlı olması üçün təcrübələr lazımdır.
3. Öz səsini tap. Başqalarını təqlid etmə – sənin hekayən sənə məxsusdur.
4. Hər gün bir səhifə yaz. Kiçik addımlar böyük nəticələrə aparar.
Unutma: Hekayə Yarımçıq QalmasınBəlkə bu gün cəsarətin çatmır, amma düşün – illər sonra geriyə baxanda yazmadığın hekayə üçün peşman olmaq istəyirsənmi? Sən öz yolunu özün yarada bilərsən. Sən hər bir səhifəni dolğun və mənalı edə bilərsən. Sadəcə əlindəki qələmdən istifadə et...
Bu yazı sənin üçün oyanış çağırışıdır. Əgər indiyə qədər kiminsə sənə deməsini gözləyirdinsə, indi mən deyirəm: Sən bacararsan. Qələm əlindədir. Hekayəni yazmağa başla.
Qeyd:
"Qələm əlindədirsə" - Həyatdasansa və yaşayırsansa
"Hekayəni yazmağa başla" - Hansı həyatı yaşamaq istəyirsənsə, onun üçün çalış.
... daha çox26/11/2024
Həyat bəzən bizə elə böyük dərslər verir ki, onları unutmaq mümkün deyil. Amma ən çox
Bu gün qeyd dəftərimə bir dərs yazmaq istəyirəm: Həyatın kiçik anlarını qiymətləndir.
Niyə böyük hadisələrdən çox kiçik şeylər? Çünki böyük hadisələr nadirən baş verir, amma kiçik gözəlliklər hər gün bizə təqdim olunur. Onları görmək üçün tələsməmək, bir az diqqətli olmaq kifayətdir.
Məsələn, dünən əlimdə bir fincan isti qəhvə ilə oturub sükuta qulaq asdım. Bu an mənə dünyadakı hər şeyin müvəqqəti olduğunu və hər bir anın nə qədər dəyərli olduğunu göstərdi.
Bu gün yazımın sonunda özümə bir sual verirəm: Sabahı necə fərqli bir gözlə görə bilərəm?
Cavabı dəftərimin növbəti səhifəsində olacaq... Sən də, əziz oxucu, bir dəftər aç və kiçik anların böyük mənasını yazmağa başla. 😊
... daha çox27/10/2024
50 yaşı tamam olmuş bir insanın ad günündə yazdığı, hər kəsin oxumalı olduğu 22 həyat
05/08/2024
Həyatın ritmi, bəzən bizi çətinliklər və narahatlıqlarla üzləşdirə bilər. Bu ritm bizi yorur, təslim olmağa