ASForizm

Susmağın da danışdığı, qısa cümlələrdə böyük məna daşıyan müəllif aforizmləri.

#ASForizm • BY ALI SADIKH

Mənzərəyə can atırsansa, yamacda yorulmağı gözə almalısan.

#ASForizm • BY ALI SADIKH

Öz gözünlə görə bildiyin qədər gör, amma həqiqəti tam görmək istəyirsənsə, başqalarının gözlərindən də baxmağı öyrən.

#ASForizm • BY ALI SADIKH

Həyat bir şeylər edənləri mükafatlandırır, boş oturanları deyil.

#ASForizm • BY ALI SADIKH

İnsanın ən böyük uğuru - başqasına bənzəməmək, özün kimi yaşamaq və öz yolunda getməkdir.